​Mübariz Qurbanlı: "Bu gün Azərbaycanda dini durum sabitdir"

​Mübariz Qurbanlı: "Bu gün Azərbaycanda dini durum sabitdir" "Bizdə heç vaxt təriqət baxımından qarşıdurma müşahidə edilməyib"
Din
18 Aprel , 2016 20:00
​Mübariz Qurbanlı: Bu gün Azərbaycanda dini durum sabitdir

Bakı. 18 aprel. REPORT.AZ/ "Bu gün Azərbaycanda dini durum sabitdir. Azərbaycanda heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur və ölkə qanunları da bunun əleyhinədir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yap.org.az-a müsahibəsində bildirib.

O, deyib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub: "Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında bizim xalqımıza xas olan humanizmin və multikultural dəyərlərin müstəsna rolu var.

Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub. Bizdə heç vaxt təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar".

Komitə sədri bildirib ki, tolerantlıq heç də başqalarına güzəştə getmək deyil, tolerantlıq öz mövqeyini, öz xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır. Bəzən tolerantlığı başqaları qarşısında geri çəkilmək kimi təbliğ etmək istəyənlərin olduğunu deyən komitə sədri bunun yanlış olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi