Yuxarı

Komitə sədri: "Azərbaycanda müsəlmanların 70 faizi şiə, 30 faizi əhli-sünnədir"

Komitə sədri: "Azərbaycanda müsəlmanların 70 faizi şiə, 30 faizi əhli-sünnədir"
Ölkədə xristianlığın dini cərəyanlarından daha çox İslamın radikal cərəyanlarının təhlükə törətmək ehtimal var

Bakı. 28 noyabr. REPORT.AZ/ "Azərbaycanda xristianlığın dini cərəyanlarından daha çox İslamın radikal cərəyanlarının təhlükə törətmək ehtimalı var".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda əhalinin 96 faizi müsəlman, 4 faizi isə digər dinlərin nümayəndələridir: "Həmin müsəlmanların da 70 faizi şiə, 30 faizi əhli-sünnədir. Amma bu faizi dəqiq şəkildə demək də çətindir. Azərbaycanda tarixdə sünni-şiə problemi özünü ciddi şəkildə göstərməyib. Bu məsələni indi bəzi qüvvələr qabartmaq, qızışdırmaq istəyirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi