Yuxarı

​"Heydər" məscidinin nəzdində mədrəsə yaradılacaq

Sabir Həsənli: Hazırda bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır

Bakı. 2 fevral. REPORT.AZ/ "Heydər" Məscid-Kompleksinin nəzdində mədrəsə yaradılacaq.

Bunu "Report"a açıqlamasında "Heydər" Məscid-Kompleks İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, hazırda mədrəsənin təsis edilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır: "Məscidin nəzdində mədrəsənin yaradılması bir ideyadır və hazırda bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır. Mədrəsə Təhsil Nazirliyinin lisenziyası əsasında, orta-ixtisas dini tədris müəssisəsi kimi fəaliyyət göstərəcək. Orta məktəblərin IX və ya XI siniflərini bitirənlər mədrəsəyə qəbul oluna biləcəklər".

S.Həsənli deyib ki, mədrəsədə yalnız dini təhsil verilməyəcək, dünyəvi elmlər də öyrədiləcək.

İdarə sədri vurğulayıb ki, mədrəsəni bitirən məzunlara diplomlar Təhsil Nazirliyi tərəfindən veriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi