Yuxarı

Dövlət müşaviri: "Erməni terrorçularının qurbanları arasında erməni və rus xalqlarının nümayəndələri də var"

Bakıda “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” işə başlayıb

Bakı. 28 iyun. REPORT.AZ/ "Erməni terrorçularının törətdiyi dəhşətlərin qurbanları arasında erməni və rus xalqlarının nümayəndələri də var".

“Report” xəbər verir ki, bunu Bakıda “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda keçirilən birinci beynəlxalq "dəyirmi masa"da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev deyib.

O bildirib ki, erməni terroru özünü göstərmək üçün həmişə münbit şərait axtarır: "Bu münbit zəmin multikulturalizmin, müxtəlifliyin olmamasından ibarətdir. Erməni terroru milli icmaların, dini, irqi müxtəlifliyin yoxluğu fonunda yaranır və belə bir mühitdə tüğyan edir. Ermənistanın, ermənilərin timsalında terrorun genişlənməyə və yayılmağa can atdığını görürük. Erməni terroru bəşəriyyətə qarşı sistemli bir fəaliyyətdir”.

Qeyd edək ki, iyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Prezident yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Prezident yanında Elmin İnkişafı Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin, Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” işə başlayıb.

Tədbirdə yerli mütəxəssislərlə yanaşı, xarici elm adamları, erməni terrorunun araşdırmaçıları iştirak edirlər.

“Dəyirmi masa” çərçivəsində “Erməni terroru: mahiyyəti və tarixi”, “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı”, “Erməni terroru və Azərbaycan kürdləri”, “Erməni terrorunun hüquqi və mənəvi ölçüləri”, “Erməni terroru yeni nəşrlərdə (kitabların təqdimatı)” mövzusunda panellər keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi