Dövlət Komitəsinin sədri Samuxda vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri Samuxda vətəndaşları qəbul edib Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb
Din
29 Avqust , 2017 16:52
Dövlət Komitəsinin sədri Samuxda vətəndaşları qəbul edib
Scwra.gov.az

Bakı. 29 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Samux rayonunda bölgə vətəndaşlarını qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Göygöl, Goranboy, Samux rayonlarının sakinlərinin müraciətlərinə baxılıb.

Vətəndaşlar, əsasən, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi