Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycandan Kərbəla ziyarətinə gedən 3 zəvvar dünyasını dəyişib

    Gənc zəvvarlardan biri Kərbəla şəhərində yaranmış izdiham zamanı dünyasını dəyişib

    Bakı. 29 noyabr. REPORT.AZ/ Bu il Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 3 nəfər dünyasını dəyişib.

    Bu barədə "Report"a ziyarətdən qayıdan zəvvarlar məlumat verib. 

    Onların sözlərinə görə, gənc zəvvarlardan biri Kərbəla şəhərində yaranmış izdiham zamanı ayaq altında qalaraq dünyasını dəyişib. Daha iki zəvvar isə ayrı-ayrı vaxtlarda vəfat edib.
    Bundan başqa, azərbaycanlı zəvvarların olduğu avtobuslardan biri qəza təhlükəsi ilə üzləşib. Belə ki, qarşıdan gələn minik avtomobillərindən biri avtobusun yoluna çıxıb. Lakin sürücünün peşəkarlığı səbəbindən qəza təhlükəsi sovuşub. Xoşbəxtlikdən hadisə zamanı ağır xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi