Yuxarı
    Bağlamaq

    Bu gündən Azərbaycandan olan zəvvarlar Həcc ziyarətinə yola düşür

    İlk mərhələdə Həccə 375 zəvvar gedəcək

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək. Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

    İlk mərhələdə Həccə 375 zəvvar gedəcək.

    Artıq zəvvarların qruplara bölgüsü başa çatıb və hər qrupda 40-42 zəvvar var.

    Zəvvarlardan ibarət ilk təyyarə sentyabrın 23-dən 24-nə keçən gecə, saat 01.40 dəqiqədə Bakıdan ayrılacaq. QMİ bildirir ki, artıq Səudiyyə Ərəbistanında azərbaycanlı zəvvarların bütün təşkilati məsələləri həll olunub. Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bu il də bina və hotellər icarəyə götürülüb, zəvvarların nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub.

    Zəvvarlar Həccə 23-28 sentyabr tarixlərində gedəcək, 11-15 oktyabr tarixlərində isə qayıdacaq.

    Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.

    Qeyd edək ki, Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. İraq və Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər.

    Bu il Azərbaycandan Həcc ziyarətinə təxminən 3600 zəvvarın yola düşəcəyi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi