Bakıda “Qədim tarixi Quran kitabları” adlı sərgi açılıb

Bakıda “Qədim tarixi Quran kitabları” adlı sərgi açılıb Sərgidə “Qurani-Kərim” in qədim nüsxələri nümayiş etdirilir
Din
16 Mart , 2016 14:33
Bakıda “Qədim tarixi Quran kitabları” adlı sərgi açılıb

Bakı. 16 mart. REPORT.AZ/ Milli Kitabxanada müqəddəs Quranın nüsxələri sərgilənir.

Bu barədə "Report"a Milli Kitabxanadan məlumat daxil olub.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxana və Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti ilə birgə multikulturalizm ili ilə əlaqədar olaraq açılıb.

“Qədim tarixi Quran kitabları” adlı sərgidə bölgələrdən toplanmış “Qurani-Kərim” kitabları nümayiş etdirilir.

Milli Kitabxanada Quran sərgisinin açılışı olub.

Açılışda Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, “İbrət” ictimai-dini redaksiyanın sədri Hacı Atif İsmayılov, Heydər məscidinin axundu, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, Məşədi Dadaş məscidinin Axundu Hacı Şahin Həsənli və başqları çıxış edib.

Çıxışılar Respublika Qadınlar Cəmiyyətinin “İbrət” ictimai-dini redaksiya ilə birlikdə araşdırmalar aparmasından, Azərbaycanın bölgələrində qorunan qədim tarixə malik “Qurani- Kərim” kitablarının toplanmasından, Quranın bütün müsəlman əhli üçün vacibliyindən irəli gələrək bu kitabların araşdırılması və qorunması haqqında apardıqları müzakirələrdən, sərginin vacibliyindən, əhəmiyyətindən və s. danışıblar.

Qeyd edək ki, tədbir iştirakçılarının böyük marağına səbəb olan sərgi 3 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi