Bakıda “İslam Həmrəyliyi: Azərbaycandan çağırış” mövzusunda tədbir keçirilib

Bakıda “İslam Həmrəyliyi: Azərbaycandan çağırış” mövzusunda tədbir keçirilib “Azərbaycanın bu məsələdə üzərinə götürdüyü odur ki, İslam dünyasında sülh olsun, həmrəylik əldə olunsun”
Din
28 Sentyabr , 2017 15:52
Bakıda “İslam Həmrəyliyi: Azərbaycandan çağırış” mövzusunda tədbir keçirilib
Report/ Orkhan Azim

Bakı. 28 sentyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam Həmrəyliyi: Azərbaycandan çağırış” mövzusunda tədbir keçirilib.

“Report”un xəbərinə görə, QMİ-nin Elmi-Dini Şurasının üzvü, professor Anar İsgəndərov deyib ki, İslam həmrəyliyi ilə bağlı həm Azərbaycanda, həm də ölkədən kənar keçirilən tədbirilərin əhəmiyyti böyükdür.

A.İsgəndərov QMİ-nin Azərbaycan tarixindəki rolundan danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, 2017-ci ilin “İslam həmrəyliyi ili”nin elan edilməsi mühüm məsələdir: “Bu, sabitliyə hesablanmış addımdır. Dünyada bəzi proseslər baş verir, müharibələr olur, burada daha çox dinin rolu qabardılır. İslam dünyası inkişafla ayaqlaşa bilmir, geri qalır. İslam coğrafiyasındakı ölkələr inkişaf etməlidir. Azərbaycanın bu məsələdə üzərinə götürdüyü odur ki, İslam dünyasında sülh olsun, həmrəylik əldə olunsun”.

G.İsmayılov qeyd edib ki, İslam həmrəyliyi ilə bağlı atılan addımlar təkcə ölkə daxilinə deyil, həm də beynəlxalq aləmə hesablanıb: “Bu, bir missiyadır. Hər bir Azərbaycan vətəndaşını bu işdə öz yanımızda görürük”.

Tədbirin sonunda dünya dövlətlərində müsəlmanların sayı ilə bağlı slayd müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi