Yuxarı
    Bağlamaq

    ​Bakı İslam Universitetində abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya fəaliyyət göstərəcək

    Abituriyentlər Dini-Psixoloji Komissiyadan keçmək üçün müraciət edə bilərlər

    Bakı. 24 iyun. REPORT.AZ/ Bakı İslam Universitetində (BİU) 2016-2017-ci tədris ilində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə ali təhsil müəssisəsində iyulun 25-dən 29-dək Dini-Psixoloji Komissiya fəaliyyət göstərəcək.

    Bu barədə "Report"a BİU-dən məlumat verilib.

    Bildirilib ki, bu məqsədlə bu il mayın 15-də III ixtisas qrupu üzrə imtahan verən və 100-dən çox bal toplayan abituriyentlər Dini-Psixoloji Komissiyadan keçmək üçün universitetə müraciət edib qeydiyyata alına bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi