Yuxarı
    Bağlamaq

    QMİ nümayəndəsi: "Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların vəziyyəti yaxşıdı"

    Zəvvar qrupu ziyarətlərini başa vurduqdan sonra dekabrın 22-də Vətənə qayıdacaq

    Bakı 16 dekabr. REPORT.AZ/ "Azərbaycandan 70 nəfərlik zəvvar qrupu Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedib. Hazırda Məkkə və Mədinə şəhərlərində olan zəvvarların vəziyyəti yaxşıdır".

    Bunu "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Hacı Həmdulla Babayev bildirib.

    Onun sözlərinə görə, Azərbaycandan gedən zəvvarlar ziyarətlərini başa vurduqdan sonra dekabrın 22-də Vətənə qayıdacaqlar. 

    QMİ nümayəndəsi deyib ki, Ümrə ziyarətinə gedənlər arasında qadınlar üstünlük təşkil edirlər: "Hazırda ziyarətdə olanların 60 faizi qadın, 40 faizi isə kişilərdir".

    Qeyd edək ki, bu il Ümrə ziyarətinə gedənlər üçün xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait müəyyənləşdirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi