Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir

Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir Mübariz Qurbanlı “A-plus” telekanalının prodüseri Madiha Macidi qəbul edib
Din
8 İyun , 2017 13:39
Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir

Bakı. 8 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tolerantlıq mühiti, xüsusilə Ramazan ənənələri barədə sənədli film çəkmək məqsədi ilə ölkədə səfərdə olan Pakistanın “A-plus” telekanalının prodüseri Madiha Macidi qəbul edib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrinə sahib olduğunu deyən Mübariz Qurbanlı ölkədə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini bildirib.

Madiha Macid burada qarşılaşdıqları qonaqpərvərliyə və səmimi münasibətə heyran qaldıqlarını bildirib. Sənədli film barədə məlumat verən qonaq filmdə Azərbaycanda tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması, multikulturalist ənənələrə söykənən ictimai münasibətlər, xüsusilə Ramazan ayının yüksək səviyyədə keçirilməsi barədə məlumatların öz əksini tapacağını bildirib.

Pakistanlı qonaq çəkilişləri Bakıda və bölgələrdə baş tutacaq sənədli filmdə dünyada ilk dəfə olaraq məzhəbindən asılı olmayaraq bütün müsəlmanların bir araya gələrək, eyni vaxtda bir sırada namaz qılıb, dualar etdiyi vəhdət namazı ilə bağlı informasiyanın da geniş yer alacağını deyib.

Son xəbərlər

Orphus sistemi