Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı: “Azərbaycanda FETÖ-nün ideoloji əsasları yoxdur”

    Dövlət Komitəsinin sədri: “Onların aşkara çıxarılması hüquq-mühafizə orqanları tərəfindən çox uğurla həyata keçirilir”

    Bakı. 30 sentyabr. REPORT.AZ/ "Azərbaycanda Fətullahçı Terror Təşkilatının ideoloji əsasları yoxdur".

    Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    Azərbaycanda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan mübarizəyə toxunan Dövlət Komitəsinin sədri qeyd edib ki, bu məsələ hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir: "Əgər bu və ya digər formada Fətullah Gülənin ideologiyasını daşıyanlar varsa da, hüquq-mühafizə orqanları onların qarşısını alır. Onların aşkara çıxarılması hüquq-mühafizə orqanları tərəfindən çox uğurla həyata keçirilir. Biz yalnız təbliğat-təşviqat işləri aparırıq".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi