Yuxarı

​Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların sayı açıqlanıb

Qeyri-islam təmayüllü dini icmaların sayı 34-dür

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyə qədər 615 dini qurum qeydiyyatdan keçib. Bu barədə “Report”a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.

Konfessional baxımdan onların 594-ü İslam, 21-i isə qeyri-islam (xristian - 12; yəhudi - 6; krişna - 1; bəhai - 2) təmayüllüdür. Əvvəllər qeydiyyatdan keçən qeyri-islam dini icmaları ilə birlikdə onların sayı 34-dür.

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi 2009-cu il sentyabrın 1-dən başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi