Azərbaycanda dini icmalara maliyyə vəsaitinin ayrılması qaydası açıqlanıb

Azərbaycanda dini icmalara maliyyə vəsaitinin ayrılması qaydası açıqlanıb "2,5 milyonluq maliyyə vəsaiti dini icmalara yönəldiləcək"
Din
28 Noyabr , 2014 12:03
Azərbaycanda dini icmalara maliyyə vəsaitinin ayrılması qaydası açıqlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ "Prezidentin sərəncamı ilə Komitəyə ayrılan 2,5 milyonluq maliyyə vəsaiti dini icmalara yönəldiləcək. Sərəncamda qeyd edildiyi kimi bu maliyyə milli-mənəvi dəyərlərimizin möhkəmləndirilməsi, dini maarifləndirmə işinin daha yüksək səviyyəyə çatdırılmasına sərf ediləcək".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib. O, xatırladıb ki, ölkədə 600-ə yaxın dini icma var: "Bu vəsait həmin icmalar arasında keçirilən layihələr üzrə zaman-zaman onların hesablarına köçürüləcək".
M.Qurbanlı vəsaitdən qeyri-müsəlman icmalarına, eyni zamanda yəhudi icmasına da ayrılacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi