Azərbaycanda 7 İslam kolleci təsis edilib - SİYAHI

Azərbaycanda 7 İslam kolleci təsis edilib - SİYAHI Həmin kolleclər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib
Din
7 Mart , 2017 13:12
Azərbaycanda 7 İslam kolleci təsis edilib - SİYAHI

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda 7 yeni İslam kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.

"Report"un məlumtana görə, bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kollecidir.

Bundan başqa, bir müddət əvvəl qeydiyyatı ləğv olunan Şəbnəm qızlar mədrəsəsi, Zaqataladakı Əliabad mədrəsəsi və Şəki İslam mədrəsəsi də bu il mart ayının sonuna kimi kollec kimi qeydiyyatdan keçiriləcək.

Bundan sonra Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kolleclərin fəaliyyəti təşkil ediləcək.  

Son xəbərlər

Orphus sistemi