Allahşükür Paşazadə: "Azərbaycan özünün dinlərarası dialoq, dinlərə tolerant münasibəti ilə dünyaya örnəkdi"

Allahşükür Paşazadə: "Azərbaycan özünün dinlərarası dialoq, dinlərə tolerant münasibəti ilə dünyaya örnəkdi" ​Qafqaz Müsəlmanları İdarəsinin sədri Sinay məbədinin nümayəndə heyəti ilə görüşüb
Din
3 Noyabr , 2015 17:03
Allahşükür Paşazadə: Azərbaycan özünün dinlərarası dialoq, dinlərə tolerant münasibəti ilə dünyaya örnəkdi

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay məbədinin nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, öncə Misirdə Rusiya təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

A.Paşazadə bildirib ki, Azərbaycan özünün dinlərarası dialoq, dinlərə tolerant münasibətilə dünyaya örnəkdir. O qeyd edib ki, bu məsələnin kökündə dövlətin dinə olan münasibəti dayanır: "Bu münasibətlərin əsasının belə qoyulmasına görə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevə minnətdarıq".

QMİ sədri deyib ki, Azərbaycanda dinlərarası tolerantlıq məsələsi bu gün də davam edir: “Müstəqillikdən sonra Azərbaycanda dövlət hesabına məscidlər tikildi, əvvəllər tikilən məscidlər, sinaqoqlar, kilsələr təmir olundu. Mən yəhudi sinaqoqunun bərpasına maddi yardım ayırmışam. Bizim ABŞ dövləti ilə də dini münasibətlərimiz var. Sizin gəlişiniz iki dövlət arasında münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək”.

Son xəbərlər

Orphus sistemi