Yuxarı

Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfirini qəbul edib

QMİ sədri Qazaxıstan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıb

Bakı. 10 mart. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayevi qəbul edib. 

"Report" Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytına istinadən xəbər verir ki, Şeyxülislam Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevi müdrik və uzaqgörən siyasətçi adlandıraraq, bu il Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərinin keçirilməsini düzgün addım kimi qiymətləndirib və cənab Nazarbayevin həmin seçkilərdə inamla qələbə çalacağından əmin olduğunu qeyd edib. QMİ-nin sədri Qazaxıstan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzularını bildirib.

Öz növbəsində Jumabayev Şeyxülislam Allahşükür Paşazadəyə bu ilin iyun ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəhbərliyi altında Astanada keçirilməsi nəzərdə tutulan Dünya və Ənənəvi Dinlərin Liderlərinin V qurultayına həmin qurultayın sədri Kasım-Jomart Tokayevin dəvət məktubunu təqdim edib. A.Jumabayev qeyd edib  ki, Şeyxülislamın iştirakı qurultayın dəyərini artıracaq. Səfir Allahşükür Paşazadənin bu dəvəti qəbul edəcəyindən ümidvar olduğunu qeyd edib.

Dəvətə görə öz təşəkkürünü bildirən QMİ-nin sədri əmin olduğunu bildirib ki, Dünya və Ənənəvi Dinlərin Liderlərinin növbəti qurultayı yer üzündə sülh, siyasi istiqrar və əmin-əmanlığın bərqərar olmasına mühüm töhfə verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi