Yuxarı

Allahşükür Paşazadə: “Məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır”

“Bu işə şəxsən mən özüm rəhbərlik edəcəm”

“Bu işə şəxsən mən özüm rəhbərlik edəcəm”

Bakı. 30 mart. REPORT.AZ/ “Məlumat verildiyi kimi, məscidlərdə təhlükəsizlik kameraları quraşdırılacaq. Məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır”.

“Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Bu işə şəxsən mən özüm rəhbərlik edəcəm. Bilirəm ki, buna da bəzi qüvvələr siyasi don geyindirəcəklər. Amma kim nə deyir-desin, bir dini rəhbər kimi mənim buna hüququm var. Məscidlərdə baş verən hadisələri izləməyə və dinləməyə ixtiyarım çatır. Mən bilməyəm ki, məscidlərdə hansı moizələr oxunur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi