Bakı Ali Neft Məktəbinə "Qurani-Kərim" kitabı hədiyyə edilib

Bakı Ali Neft Məktəbinə "Qurani-Kərim" kitabı hədiyyə edilib Kitab Ali Məktəbdə keçirilən "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfransda təqdim olunub
Din
10 Aprel , 2015 12:57
Bakı Ali Neft Məktəbinə Qurani-Kərim kitabı hədiyyə edilib

Bakı. 10 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinə (BANM) Müqqədəs "Qurani-Kərim" kitabı hədiyyə olunub. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ali Məktəbdə keçirilən "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfransda görkəmli şərqşünas-alim, akademik Vasim Məmmədəliyev BANM-ə Azərbaycan dilinə tərcümə olunan və nəfis tərtibatda çapdan çıxan Müqəddəs "Qurani-Kərim" kitabını hədiyyə edib.

Kitab BANM-in rektoru Elmar Qasımova təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi