"Şəfa" Kristofer Mamengi ilə müqavilə imzalayıb

Futbol
  • 23 iyul, 2026
  • 13:53
Şəfa Kristofer Mamengi ilə müqavilə imzalayıb

"Şəfa" daha bir futbolçunu heyətinə qatıb.

"Report" Bakı klubuna istinadən xəbər verir ki, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə "1+1" illik müqavilə imzalanıb.

25 yaşlı oyunçu ölkəsində "Utrext" və "Almere", Kosovoda isə "Priştina" klublarının formasını geyinib.

O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə millilərində çıxış edib.