Niqmatilla Yuldoşev: Azərbaycanla əməkdaşlığı daha da möhkəmləndirəcəyik

Xarici siyasət
  • 20 iyul, 2026
  • 12:42
Niqmatilla Yuldoşev: Azərbaycanla əməkdaşlığı daha da möhkəmləndirəcəyik

Özbəkistan Azərbaycanla əməkdaşlığı daha da möhkəmləndirəcək.

"Report" xəbər verir ki, bunu Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev Azərbaycan və Özbəkistan prokurorluqları arasında əməkdaşlıq proqramının imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, hər iki ölkənin prezidentlərinin etimadını doğrultmaq, prokurorluq orqanları arasında əlaqələri daha da inkişaf etdirmək və birgə fəaliyyətin nəticələrini artırmaq üçün səylər davam etdiriləcək.

N.Yuldoşev həmçinin Azərbaycan Prokurorluğunun 100 illik yubiley medalı aldığına məmnun olduğunu bildirib:

"Bu etimad mənim üçün böyük qürur və iftixar mənbəyidir. Bu mükafat ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin göstəricisidir".