Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb

Maliyyə
  • 09 oktyabr, 2026
  • 11:02
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 % çoxdur.

O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 30 milyard 326,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,6 % artaraq 71 milyard 721,7 milyon manata çatıb.

9 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,8 % azalaraq 51 milyard 178,1 milyon manat, o cümlədən qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,4 % artaraq 16 milyard 558 milyon manat, kənd təsərrüfatı istehsalının ümumi dəyəri 1,1 % artaraq 11 milyard 905,3 milyon manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 10 % artaraq 12 milyard 816,6 milyon manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 11,1 % artaraq 3 milyard 257,1 milyon manat təşkil edib.