AQTA Azərbaycana Somalidən ət gətirilməsi iddialarına münasibət bildirib

Sağlamlıq
  • 26 yanvar, 2026
  • 12:12
AQTA Azərbaycana Somalidən ət gətirilməsi iddialarına münasibət bildirib

Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir:

"Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il Azərbaycana qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. Bu da qurban əti olub və ölkəyə humanitar məqsədlə gətirilib".

Qeyd edək ki, son dövrlər mediada Azərbaycana Somalidən ət gətirildiyi barədə xəbərlər yayılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti