Anar Quliyev: Azərbaycan iqlim və şəhərsalma gündəlikləri arasındakı davamlılığı gücləndirməyə çalışır
- 10 sentyabr, 2026
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan COP29-dan COP30-a doğru iqlim və şəhərsalma gündəlikləri arasındakı davamlılığı gücləndirməyə çalışır.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Təsir dialoqu – Öhdəlikdən icraya: İqlim-şəhər tərəfdaşlıqları vasitəsilə sağlam və dayanıqlı şəhərlər" adlı paneldə deyib.
Onun sözlərinə görə, iqlim, mənzil, nəqliyyat, səhiyyə, tullantılar, infrastruktur və ya ətraf mühit siyasətləri bir-birindən ayrı şəkildə fəaliyyətdə olanda dayanıqlı və sağlam şəhərlər təmin edilə bilmir:
"Burada ortaq prioritetlər, əlaqələndirilmiş fəaliyyət və sektorlar, eləcə də hökumətin müxtəlif qurumları arasında güclü uyğunlaşma lazımdır. COP31-ə doğru əsas məqsəd aydın olmalıdır. Yəni inteqrasiya olunmuş planlaşdırma, çoxsəviyyəli idarəetmə, maliyyə və tərəfdaşlıqla dəstəklənən qlobal öhdəliklər və yerli icra arasındakı davamlılığı gücləndirmək əsas məqsədlərdən olmalıdır".
Anar Quliyev bildirib ki, Azərbaycan COP29 çərçivəsində Şəhərsalma və İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyasının təqdimatını həyata keçirib:
"Bu təşəbbüs COP30 və COP31 vasitəsilə irəliyə aparılıb. Ardıcıl iqlim və şəhərsalma prosesləri arasında dialoqu saxlayıb davam etdirməyə kömək etmişik. Biz Koalisiyanı hökumətləri, şəhərləri, regionları, beynəlxalq təşkilatları, maliyyə institutlarını, özəl sektoru və digər maraqlı tərəfləri praktiki həllər ətrafında birləşdirən tərəfdaşlıq üçün açıq bir platforma kimi görürük".