Türkiyənin "Ziraat Bank"ı Venesuelanın Mərkəzi Bankı ilə əməkdaşlığı dayandırıb

Türkiyənin "Ziraat Bank"ı Venesuelanın Mərkəzi Bankı ilə əməkdaşlığı dayandırıb Türkiyədə öz aktivləri üzrə ən böyük Ziraat Bank dövlət bankı Birləşmiş Ştatların Venesuela ilə bağlı tətbiq etdiyi sanksiyalar fonunda bu ölkənin Mərkəzi Bankı ilə əməkdaşlığını dayandırıb.
Digər ölkələr
16 Avqust , 2019 04:40
Türkiyənin Ziraat Bankı Venesuelanın Mərkəzi Bankı ilə əməkdaşlığı dayandırıb

Türkiyədə öz aktivləri üzrə ən böyük "Ziraat Bank" dövlət bankı Birləşmiş Ştatların Venesuela ilə bağlı tətbiq etdiyi sanksiyalar fonunda bu ölkənin Mərkəzi Bankı ilə əməkdaşlığını dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bildirib.

Agentliyin informasiyasına görə, Venesuelanın əsas maliyyə müəssisəsi Türkiyənin dövlət bankı vasitəsi ilə podratçılara əmək haqqı, pul köçürmələri üzrə əməliyyatları həyata keçirir, həmçinin milli türk valyutası lirə ilə məhsulun idxalı üçün ödənişi qəbul edirdi.

"Ziraat Bank"dan "Bloomberg"in xəbərini təsdiqləyiblər, amma bununla bağlı ətraflı məlumat verilməyib. Venesuela Mərkəzi bankının rəsmi nümayəndəsi də hələlik yaranmış vəziyyəti şərh etməyib.

Son xəbərlər

Orphus sistemi