Zimbabvenin 92 yaşlı dövlət başçısı növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir

Zimbabvenin 92 yaşlı dövlət başçısı növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir Robert Muqabe 1987-ci ildən Zimbabve prezidentidir və hazırda dünyanın dövlət ən yaşlı dövlət başçısıdır
Digər ölkələr
14 Dekabr , 2016 16:26
Zimbabvenin 92 yaşlı dövlət başçısı növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir

Bakı. 14 dekabr. REPORT.AZ/ Zimbabvenin dövlət başçısı Robert Muqabe 2018-ci ildə keçirilməsi planlaşdırılan növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hakim "Zimbabve Afrika Xalq Birliyi" Partiyasının katibi İqnatius Çombo bu seçkilərdə 92 yaşlı R.Muqabenin namizədliyini dəstəkləyəcəklərini bildirib. O vurğulayıb ki, Robert Muqabe ölkə rəhbərliyinə hikmət və harmoniya gətirib.

Xatırladaq ki, R.Muqabe daha əvvəl ömrünün sonuna qədər hakimiyyətdə qalmaq istədiyini bəyan edib. O, 1987-ci ildən Zimbabve prezidentidir və hazırda dünyada ən yaşlı dövlət başçısıdır.

Son xəbərlər

Orphus sistemi