Zimbabvedə avtobus partlayıb, 40 nəfər ölüb - FOTO

Digər ölkələr
  • 16 noyabr, 2018
  • 08:48
Zimbabvedə avtobus partlayıb, 40 nəfər ölüb - FOTO

Bakı. 16 noyabr. REPORT.AZ/ Zimbabvenin cənubunda sərnişin avtobusunda baş verən partlayış və yanğın nəticəsində azı 40 nəfər həlak olub.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, yanğın səbəbindən 20-dək xəsarət alan var. Vəziyyəti daha ağır olanlar xəstəxanaya yerləşdiriliblər. 

Ehtimal olunur ki, hadisənin səbəbi sənişinlərdən birinin daşıdığı yanacağın alovlanması olub.