Zimbabve prezidenti Robert Muqabe özünə abidə açıb - FOTO

Zimbabve prezidenti Robert Muqabe özünə abidə açıb - FOTO Prezident özünə həsr olunmuş heykəli "gözəl sənət əsəri" adlandırıb
Digər ölkələr
12 Sentyabr , 2016 21:07
Zimbabve prezidenti Robert Muqabe özünə abidə açıb - FOTO

Bakı. 12 sentyabr. REPORT.AZ/ Zimbabvenin paytaxtı Harare şəhərində ölkə prezidenti Robert Muqabenin abidəsinin açılış mərasimi keçirilib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, abidənin açılışı mərasimində 92 yaşlı dövlət başçısının özü də iştirak edib.

Dördmetrlik daş abidə yerli heykəltəraş Dominik Behuroy tərəfindən hazırlanıb. Eynəkli və bığlı abidə Muqabeni təsvir edir.

Prezident özünə həsr olunmuş heykəli "gözəl sənət əsəri" adlandırıb.

Qeyd edək ki, Robert Muqabe 1980-ci ildən ölkəni fasiləsiz idarə edir.

Son xəbərlər

Orphus sistemi