Zimbabve prezidenti istefaya getməkdən imtina edir

Zimbabve prezidenti istefaya getməkdən imtina edir Bakı. 16 noyabr. REPORT.AZ/ Zimbabve Prezidenti Robert Muqabe katolik keşişin vasitəçi olduğu hərbçilərlə danışıqlar zamanı istefaya getməkdən imtina edib.
Digər ölkələr
16 Noyabr , 2017 14:19
Zimbabve prezidenti istefaya getməkdən imtina edir
Lagos TV

Bakı. 16 noyabr. REPORT.AZ/ Zimbabve Prezidenti Robert Muqabe katolik keşişin vasitəçi olduğu hərbçilərlə danışıqlar zamanı istefaya getməkdən imtina edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Zimbabvenin xüsusu xidmət orqanlarındakı mənbə R.Muqabenin hakim "Zimbabve Afrika Milli Birliyi - Vətən Cəbhəsi" (ZANU - PF) Partiyasının liderinin seçilməsi ilə bağlı seçkilərin keçirilməsinə israr etdiyini bildirib.

Dövlət başçısı yalnız partiya lideri seçkilərində uduzacağı təqdirdə hakimiyyətdən gedəcəyini açıqlayıb.

Qeyd edək ki, R.Muqabe və Zimbabvedə nəzarəti ələ alan hərbçilər arasında danışıqlarda vasitəçi qismində katolik keşiş Fidelis Mukonori çıxış edir. Prezidentin özü də inancına görə katolikdir.

Mənbələr həmçinin onu da bildirir ki, Zimbabvenin vitse-prezidenti və xüsusi xidmət orqanlarının keçmiş rəhbəri Emmerson Mnanqaqva son bir il ərzində Muqabenin hakimiyyətdən getməsindən sonra ölkənin gələcək siyasi konfiqurasiya barədə hərbçilər və müxalifətlə gizli danışıqlar aparıb.

Son xəbərlər

Orphus sistemi