Bakı. 26 mart. REPORT.AZ/ İranın xarici işlər naziri Cavad Zərif “altılıq” ölkələri (BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) ilə aparılan danışıqlarda "növbəti bir neçə gün ərzində əngəllərin ortadan qalxa biləcəyini" bildirib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, C.Zərif deyib ki, müzakirələr doğru istiqamətdə irəliləyir.
"Yekun razılaşma haqqından danışmaq tezdir. Çünkü "pazzl"ın bütün hissələri toplanmayıb. Ancaq bütün məqamlar aydınlaşandan sonra ümumi nəticənin necə olacağını aydın görə biləcəyik", - deyə qeyd edən XİN başçısı, bütün məsələlərə dair nəticə əldə etməsinin vacibliyini vurğulayıb.