Zelenskinin ABŞ-a səfəri və Baydenlə görüşünün vaxtı açıqlandı

Digər ölkələr
  • 11 iyun, 2021
  • 22:46
Zelenskinin ABŞ-a səfəri və Baydenlə görüşünün vaxtı açıqlandı
Volodimir Zelenski

Ukraynanın prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və Amerika lideri Co Baydenlə görüşü iyulun sonlarına planlaşdırılıb.

“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Ukrayna - 24” kanalının efirində deyib.

Onun sözlərinə görə, səfər zamanı Baydenlə danışıqların aparılması və bir sıra digər vacib görüşlərin keçirilməsi planlaşdırılır: “Artıq hazırlığa başlamışıq, proqramın əsas elementləri üzərində işləyirik”.

Qeyd edək ki, bundan əvvəl Cozef Baydenlə Vladimir Zelenski arasında telefon danışığı olub. Ağ ev rəhbəri ukraynalı həmkarını yayda Vaşinqtona dəvət edib.