Zelenski Ukrayna müharibəsinin diplomatiya yolu ilə həlli şərtini açıqlayıb

Zelenski Ukrayna müharibəsinin diplomatiya yolu ilə həlli şərtini açıqlayıb Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması münaqişənin diplomatiya yolu ilə həllinin əsas şərtidir.
Digər ölkələr
16 Dekabr , 2022 06:29
Zelenski Ukrayna müharibəsinin diplomatiya yolu ilə həlli şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması münaqişənin diplomatiya yolu ilə həllinin əsas şərtidir.

“Report”un xəbərinə görə, bu barədə “The Economist” jurnalının məqaləsində deyilir.

“Əgər o (Rusiya Prezidenti Vladimir Putin. - red.), indi 1991-ci ilin sərhədlərinə çəkilsə, onda mümkün diplomatiya yolu başlayacaq. Bu, münaqişəni hərbi inkişaf yolundan diplomatik inkişaf yoluna dəyişə bilər”, - Zelenski Britaniya jurnalına müsahibəsində bildirib.

Dekabrın 12-də Ukrayna lideri münaqişəyə son qoymaq üçün üç addımı açıqlayıb. Birincisi, Kiyevə müasir hərbi texnikanın verilməsidir. İkincisi, 2023-cü ildə maliyyə, enerji və sosial sabitliyin dəstəklənməsidir. Nəhayət, üçüncü addım daha əvvəl Zelenskinin təklif etdiyi “sülh formulu”nun həyata keçirilməsi və qlobal sülh formulu sammitinin çağırılmasıdır.

Son xəbərlər

Orphus sistemi