Zelenski sabah ABŞ-yə gedəcək

Zelenski sabah ABŞ-yə gedəcək Ukrayna Prezidenti Volodimir Zelenski sabah, dekabrın 12-də ABŞ-a gedəcək.
Digər ölkələr
11 Dekabr , 2023 10:22
Zelenski sabah ABŞ-yə gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də ABŞ-yə gedəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.

Məlumata görə, liderlər arasında Vaşinqtonun Kiyevə dəstəyi müzakirə olunacaq. Onlar, həmçinin müdafiə sahəsində əməkdaşlıq barədə danışacaqlar.

Zelenski və Bayden gələn il üçün müdafiə sahəsində əməkdaşlıq səyləri, o cümlədən silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə birgə layihələri də müzakirə edəcəklər.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri V.Zelenskinin ABŞ-yə üçüncü səfəridir. O, sonuncu dəfə sentyabrda Ağ Evdə olub.

Son xəbərlər

Orphus sistemi