Zelenski Consonla anti-müharibə koalisiyasını gücləndirmək barədə razılığa gəlib

Zelenski Consonla anti-müharibə koalisiyasını gücləndirmək barədə razılığa gəlib Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla keçirdiyi görüş barədə danışıb.
Digər ölkələr
9 Aprel , 2022 21:52
Zelenski Consonla anti-müharibə koalisiyasını gücləndirmək barədə razılığa gəlib

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla keçirdiyi görüş barədə danışıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, Boris Consonla görüşdən sonra verdiyi açıqlamada Zelenski bildirib ki, onunla anti-müharibə koalisiyasını gücləndirmək, habelə müdafiə qabiliyyətinin gücləndirilməsində və müharibə zamanı dağıdılmış şəhərlərin bərpasında Ukraynaya dəstək barədə razılığa gəliblər.

“Biz strateji dialoq rejimində birgə işimizin nəticələrini yekunlaşdırdıq, dövlətlərimiz arasında gələcək layihələri planlaşdırdıq”, - Zelenski deyib.

Zelenski vurğulayıb ki, Conson Ukraynanın genişmiqyaslı müharibə başlayandan indiyədək necə dəyişdiyini öz gözləri ilə görüb.

“Yalnız bir nəticə var, biz Rusiyaya daha çox təzyiq göstərməliyik”, - ukraynalı lider qeyd edib.

Son xəbərlər

Orphus sistemi