Zelenski Baydenlə danışıqlarının mövzusunu açıqlayıb

Zelenski Baydenlə danışıqlarının mövzusunu açıqlayıb Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib.
Digər ölkələr
28 Yanvar , 2022 02:01
Zelenski Baydenlə danışıqlarının mövzusunu açıqlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski tviter hesabında yazıb.

"ABŞ Prezidenti ilə uzun müddət telefon danışığı oldu. Gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri müzakirə etdik və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəldik. Davamlı hərbi yardıma görə Prezident Cozef Baydenə təşəkkür etdim. Ukraynaya maliyyə dəstəyi imkanları da müzakirə olundu", - Zelenski sosial şəbəkədəki hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi