Zelenski: “350 mindən çox insan döyüş bölgələrindən xilas edilib”

Zelenski: “350 mindən çox insan döyüş bölgələrindən xilas edilib” “Artıq 350 mindən çox insan döyüş bölgələrindən xilas edilib”.
Digər ölkələr
2 May , 2022 00:41
Zelenski: “350 mindən çox insan döyüş bölgələrindən xilas edilib”
Volodimir Zelenski

“Artıq 350 mindən çox insan döyüş bölgələrindən xilas edilib”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 67-ci gününün yekunları ilə bağlı xalqa videomüraciətində deyib.

“Humanitar dəhlizlərin təşkili davam edən danışıqlar prosesinin elementlərindən biridir. Bu, çox mürəkkəbdir. Amma nə qədər çətin olsa da, 350 mindən çox insan döyüş bölgələrindən xilas edilib”, - Zelenski bildirib.

Bundan əvvəl Zelenski Mariupolda “Azovstal” zavodundan 100-ə yaxın mülki şəxsin Ukraynanın nəzarətində olan əraziyə təxliyə edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi