Zaporojyedə küçə Roma Papasının şərəfinə adlandırılıb

Zaporojyedə küçə Roma Papasının şərəfinə adlandırılıb Zaporojye Şəhər Şurasının deputatları mərkəzi küçələrdən birinin adının mərhum Roma Papası ІІ İoann Pavelin şərəfinə dəyişdirilməsi ilə bağlı səsvermə keçiriblər.
Digər ölkələr
20 Dekabr , 2019 03:59
Zaporojyedə küçə Roma Papasının şərəfinə adlandırılıb

Zaporojye Şəhər Şurasının deputatları mərkəzi küçələrdən birinin adının mərhum Roma Papası ІІ İoann Pavelin şərəfinə dəyişdirilməsi ilə bağlı səsvermə keçiriblər.

Bu barədə "Report" UNİAN-a istinadən xəbər verir.

Məlum olub ki, təşəbbüs şəhər sakinləri tərəfindən irəli sürülüb. Katolik məbədinin yanında yaşayan sakinlər xahiş ediblər ki, küçə Roma Papasının şərəfinə adlandırılsın.

Məlumata görə, Sedovdan Lermontov küçəsinə qədər uzanan Zavod küçəsinin bir hissəsinin adı dəyişdirilib.

Qeyd edək ki, II İoann Pavel 1978-2005 illərdə Roma katolik kilsəsinin başçısı olub. 

Son xəbərlər

Orphus sistemi