Zaporojye Atom Elektrik Stansiyasının (AES) təlim korpusunda baş verən yanğın söndürülüb.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Qeyd olunub ki, itki yoxdur.
Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
“Saat 05:55-də Enerqodar şəhərindəki Zaporojjya AES-in təlim binasında 2 min kvadrat metr sahədə yanğın lokallaşdırılıb. İlkin məlumta görə, zərərçəkən və xəsarət alan olmayıb”, - məlumatda deyilir.
Ukraynanın Prezidenti Volodimir Zelenski martın 4-nə keçən gecə Rusiya ordusu tərəfindən Enerqodardakı Zaporojye atom elektrik stansiyasının atəşə tutulmasından və ardınca AES ərazisində baş verən yanğından danışıb.
“Report”un məlumatına görə, Prezident bu cür hücumların Çernobıl faciəsinin təkrarı ilə yekunlaşa biləcəyi barədə xəbərdarlıq edib və dünya dövlətlərini təcavüzkarların əməllərinə təcili cavab verməyə çağırıb:
“Avropa indi oyanmalıdır! Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır və Rusiya tankları nüvə bölmələrini atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni hara atəş açdıqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.
Zelenski hadisə ilə əlaqədar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts, Polşa Prezidenti Andjey Duda, Böyük Britaniyanın Baş naziri Boris Conson və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə əlaqə saxlayıb.
Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.
“Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.
Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.
“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, - mer bildirib.