Zambiyada vəba və qarayara xəstəliyinin alovlanması müşahidə edilir

Zambiyada vəba və qarayara xəstəliyinin alovlanması müşahidə edilir Zambiyada iki təhlükəli yoluxucu xəstəlik – vəba və qarayara yayılıb.
Digər ölkələr
21 Dekabr , 2023 02:43
Zambiyada vəba və qarayara xəstəliyinin alovlanması müşahidə edilir

Zambiyada iki təhlükəli yoluxucu xəstəlik – vəba və qarayara yayılıb.

“Report” “Lusaka Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, bir gündə ölkədə vəbaya yoluxanların sayı 74 nəfər artıb, onlardan 70-i Lusakadadır.

Lusakada bu xəstəlikdən daha üç nəfər ölüb, bununla da ümumi ölüm sayı 60-a çatıb. Vəba “çirkli əllərin xəstəliyi” adlandırıldığından, səlahiyyətlilər əhalini sanitariya və gigiyena standartlarına diqqətlə gözləməyə çağırır. Zambiya ilə eyni vaxtda Zimbabve və Mozambikdə vəba halları qeydə alınır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Afrikada 2011-ci ildən bəri vəba xəstəliyində nəzərəçarpacaq artım müşahidə olunub.

Eyni zamanda, qarayara xəstəliyi bütün qitədə aktiv şəkildə yayılır. İlin əvvəlindən Zambiyada ondan 4 nəfər ölüb, ölkədə ümumi yoluxma hallarının sayı 700 nəfər olaraq qiymətləndirilir. Qarayara Malavi, Zimbabve və Uqandada da qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi