Zambiya Konqo ilə sərhədini bağlayıb

Zambiya Konqo ilə sərhədini bağlayıb Zambiya Konqo Demokratik Respublikası ilə sərhədini müvəqqəti bağlayıb.
Digər ölkələr
12 Avqust , 2024 01:17
Zambiya Konqo ilə sərhədini bağlayıb

Zambiya Konqo Demokratik Respublikası ilə sərhədini müvəqqəti bağlayıb.

“Report” ZNBC telekanalına istinadən xəbər verir ki, bu barədə Zambiyanın ticarət və sənaye naziri Çipoka Mulenqa bildirib.

"Hazırda ehtiyat tədbirləri görməyə və sərhədi bağlamağa qərar verdik", - nazir deyib.

"Sərhəddə yük maşınlarının yığılmağa başladığı bir vəziyyətdə ola bilərik", - o əlavə edib.

Nazir sərhədin bağlanmasının səbəbini və yenidən açıla biləcəyi vaxtı açıqlamayıb.

Öz növbəsində, Konqonun “Okapi” radiostansiyası Yuxarı Katanga əyalətinin səlahiyyətlilərinə istinad edərək, Zambiyanın Konqo səlahiyyətlilərinin qonşu ölkədən pivə, alkoqolsuz içkilər və saxsı məhsulların idxalını qadağan etmək qərarına cavab olaraq sərhədi bağladığını bildirib. Qadağa yalnız yük daşımalarına aiddir və insanların hərəkətinə şamil edilmir.

Zambiyadan bir sıra malların idxalına qadağa qoyulmasının səbəblərini izah edən Konqonun Xarici Ticarət Nazirliyi ölkənin iqtisadiyyatında inflyasiyanı sürətləndirdiklərini bildirib. "Milli İqtisadiyyat Nazirliyinin hesabatı göstərir ki, bəzi idxal olunan mallar inflyasiyanın 60 % artmasına səbəb olur", - Maliyyə Nazirliyinin press-relizində deyilir.

Son xəbərlər

Orphus sistemi