Yüzminlərlə insan Kataloniya vilayətinin İspaniyadan ayrılmasını tələb edib

Yüzminlərlə insan Kataloniya vilayətinin İspaniyadan ayrılmasını tələb edib Aksiya Kataloniyanın "Milli günü" münasibəti ilə təşkil olunub
Digər ölkələr
12 Sentyabr , 2015 00:22
Yüzminlərlə insan Kataloniya vilayətinin İspaniyadan ayrılmasını tələb edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Barselona şəhərində ötən axşam Kataloniya vilayətinin İspaniyadan ayrılması tələbi ilə izdihamlı yürüyüş keçirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Kataloniyanın "Milli günü" münasibəti ilə təşkil olunan aksiyada yüzminlərlə insan iştirak edib.

Xatırladaq ki, İspaniya parlamenti hələ 2012-ci ildə bu vilayətə öz müqəddəratını təyin etməklə bağlı referendum keçirmə hüququnu verən qətnamə layihəsinin əleyhinə səs vermişdi.

2014-cü ildə bu bölgədə keçirilən qeyri rəsmi referendumda iştirak edən iki milyon seçicidən 80% Kataloniyanın müstəqil olmasına səs vermişdi.

Son xəbərlər

Orphus sistemi