Yuqoslaviya Tribunalının sonuncu böyük işi başa çatıb, müttəhimlərə 15 il iş kəslib

Yuqoslaviya Tribunalının sonuncu böyük işi başa çatıb, müttəhimlərə 15 il iş kəslib BMT-nin Haaqa Məhkəməsi keçmiş Yuqoslaviyanın prezidenti yanında dövlət təhlükəsizlik təhlükəsizlik idarəsinin sədri Yovit Stanişiç və onun müavini Frank Simatoviçi 15 il müddətinə azadlıqdan məhrum edib.
Digər ölkələr
31 May , 2023 17:57
Yuqoslaviya Tribunalının sonuncu böyük işi başa çatıb, müttəhimlərə 15 il iş kəslib

BMT-nin Haaqa Məhkəməsi keçmiş Yuqoslaviyanın prezidenti yanında dövlət təhlükəsizlik idarəsinin sədri Yovit Stanişiç və onun müavini Frank Simatoviçi 15 il müddətinə azadlıqdan məhrum edib.

“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, onların hər ikisi Bosniyada ölüm düşərgələri təşkil etməkdə təqsirli bilinib. Bu, yekun qərardır. Müqəssirlərin işinə 20 il baxılıb. Bu qərar qətidir və şikayət verilə bilməz. Hər iki keçmiş yüksək rütbəli hərbçinin hazırda 72 yaşı var.

Məlumata görə, bu, Yuqoslaviya Tribunalının sonuncu böyük işi sayılır.

Monteneqrolu Yovitsa Stanişiç və onun müavini, xorvat Franko Simatoviç (“Franki” ləqəbli) yüksək rütbəli Yuqoslaviya zabitləri olublar. Stanişiç Yuqoslaviya Dövlət Təhlükəsizlik Xidmətinin başçısı, Simatoviç isə onun müavini işləyib. O, 1990-cı illərin əvvəllərində parçalanmaqda olan bu ölkənin sonuncu prezidentinin şəxsi göstərişlərini yerinə yetirən xüsusi bölməyə rəhbərlik edib.

BMT-dəki keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal 1993-2017-ci illərdə fəaliyyət göstərib. 2003-cü ildə Stanişiç və Simatoviç həbs olunaraq Haaqaya ekstradisiya edilib. Məhkəmə növbəti 10 ili hər ikisinin serb silahlı dəstələri tərəfindən Bosanski-Şamats şəhərinin tutulmasının təşkilində iştirak etdiyini sübuta yetirməyə çalışıb. Bosanski-Şamats (Bosniya ərazisində yerləşən bu şəhər indi sadəcə Şamat adlanır) təxminən 5 min nəfər əhalisi olan kiçik bir şəhərdir. Müharibə başlamazdan və Yuqoslaviyanın dağılmasından əvvəl burada əhalinin əksəriyyətini bosniyalılar və serblər təşkil ediblər.

1992-ci ilin aprelində şəhər serblər tərəfindən tutulub. Şəhər talan edilib, zorakılıq olub, qurumların binaları dağıdılıb. Onun ərazisində bosniyalılar və xorvatlar üçün 6 həbsxana yaradılıb. Orada onları döyüb, işgəncə veriblər. Haaqa məhkəməsi də mülki şəxslərin məhkəməsiz edam edilməsindən xəbərdar imiş.

2021-ci ildə keçmiş Yuqoslaviya üzrə tribunal fəaliyyətini dayandırdıqdan, onu BMT məhkəməsi əvəz etdikdən sonra yeni hökm elan edilib. Bildirilib ki, Stanişiç və Simatoviç xorvatlar və bosniyalı müsəlmanları öz torpaqlarından qovmaq və orada Serbiya ərazisi yaratmaq üçün Slobodan Miloşeviçin rəhbərlik etdiyi razılaşdırılmış planın bir hissəsi olublar.

Ötən illərdə Bosniyada özünü elan etmiş, artıq mövcud olmayan Serb Respublikasının ilk prezidenti Radovan Karaciç, onun baş qərargah rəisi Ratko Mladiç, zabitlər Stanislav Qaliç, Vujadin Povoviç və Zdravko Tolimir, bosniyalı hərbçi Milan Lukiçə bosniyalıların soyqırımına görə ömürlük həbs cəzası verilib.

Son xəbərlər

Orphus sistemi