YUNISEF: "Tədbirlər görülməsə Əfqanıstanda bir çox uşaq yazadək sağ qalmayacaq"

YUNISEF: "Tədbirlər görülməsə Əfqanıstanda bir çox uşaq yazadək sağ qalmayacaq" Əfqanıstanda uşaqlar aclıq, qızılca, malyariya və pnevmoniya riski altındadır
Digər ölkələr
25 Dekabr , 2021 07:49
YUNISEF: Tədbirlər görülməsə Əfqanıstanda bir çox uşaq yazadək sağ qalmayacaq

Əfqanıstanda uşaqlar aclıq, qızılca, malyariya və pnevmoniya riski altındadır. Adekvat maliyyə ilə dəstəklənən təcili, razılaşdırılmış tədbirlər olmasa, bu ölkədə bir çox uşaq gələn ilin yazınadək sağ qalmayacaq.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə YUNİSEF-in Əfqanıstandakı nümayəndəsi vəzifəsini icra edən Abdul Qadir Müsse xəbərdarlıq edib.

O qeyd edib ki, qida çatışmazlığı, səhiyyə, əsas xidmətlərin pozulması və digər amillər əfqan uşaqlar arasında xəstəlik hallarının artmasına səbəb olub.

Ölkədəki vəziyyəti pandemiyanın, quraqlığın və görünməmiş ərzaq böhranının nəticələri daha da ağırlaşdırır.

Fondun əməkdaşları qeyd edirlər ki, Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi xüsusən uşaqlar arasında təhlükəli yoluxucu xəstəliklərin yayılması ilə müşayiət olunur.

Azyaşlı əfqanlar aclıq, qızılca, malyariya və pnevmoniya xəstəlikləri ilə üzləşiblər.

2021-ci ildə uşaqlar arasında qızılcaya yoluxanların sayı 66 mindən çox olub. Ölkədə kütləvi şəkildə diareya, malyariya və denge qızdırması qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi