Bakı. 5 sentyabr. REPORT.AZ/ Yunanıstanın Lesbos adasında polis miqrantlara qarşı səs qumbarası və gözyaşardıcı qaz tətbiq edir.
"Report" xəbər verir ki, hüquq mühafizəçiləri Yaxın Şərq ölkələrindən axınla Yunanıstana gələn yüzlərlə qaçqını sakitləşdirməyə çalışır.
Ümidsizliyə qapılan miqrantlar polis kordonlarını yararaq bərələrə yol açmağa və qitəyə getməyə cəhd göstərirlər.
Digər yunan adası Kosda yerli sakinlər özləri miqrantlarla münasibətləri ayırd etmək qərarına gəliblər. Beysbol taxtaları ilə silahlanmış təqribən 20 nəfər şəxs qaçqınların düşərgəsinə hücum edib. Bu barədə "Amnesty International" öz məruzəsində məlumat verib. Onlar qışqıraraq miqrantları gəldikləri ölkələrə geri dönməyə səsləyiblər.