Bakı. 2 yanvar. REPORT.AZ/ Yunanıstanın sabiq baş naziri Georqi Papandreu parlament seçkiləri ərəfəsində Dəyişiklik Naminə Hərəkatı adlı yeni siyasi partiya yaradıb.
"Report"-un Azadlıq Radiosuna istinadla verdiyi xəbərə görə, G.Papandreu, bununla sol-mərkəzçi PASOK partiyasından ayrılmış olub.
Bununla belə yeni partiyanın 3 faizlik həddi keçib, parlamentə düşəcəyinə təminat yoxdur.
Rəy sorğularında solçu Syriza partiyası öndədir.
Seçkilər yanvarın 25-nə təyin edilib.