Yuxarı

​Yunanıstanın müflis olmuş neft şirkətinin sahibi intihar edib

Şirkət rəhbərinin cəsədi Krit adasındakı evində tapılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Yunanıstanın iri neft şirkəti “Mamidoil Jetoil”nin 84 yaşlı sahibi Kiriakos Mamidakis intihar edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb şirkətin iflasa uğramasıdır.

Şirkət rəhbərinin cəsədi Krit adasındakı evində tapılıb. Cəsədin yanında tapança da olub. Bu səbəbdən polis Kiriakos Mamidakisin intihar etdiyini bildirib.

“Mamidoil Jetoil” Yunanıstanın ən uzunömürlü və nəhəng şirkətlərindən olub. Əsası 1968-ci ildə qoyulmuş şirkət neft məhsullarının Yunanıstana və Balkan ölkələrinə daşınması, satışı və saxlanılmasını həyata keçirib.

" JETOIL" brendi adı ilə 600 yanacaqdoldurma məntəqəsinə məxsus olmuş şirkətin 7 tankeri olub. Şirkətin böyük problemləri əsasən ötən ildən başlayıb. “Mamidoil Jetoil”in Yunanıstanın cənubundakı biznes hissəsi satılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi