Yunanıstanın baş naziri Liviya ilə bağlı qərara veto qoymaqla hədələyib

Yunanıstanın baş naziri Liviya ilə bağlı qərara veto qoymaqla hədələyib Dəniz zonalarının ayrılması ilə bağlı Türkiyə və Liviya arasında imzalanan memorandum qüvvədən düşməsə Yunanıstan, Berlində keçiriləcək Liviya sammiti ilə bağlı qəbul ediləcək siyasi qərarlara veto qoyacaq.
Digər ölkələr
17 Yanvar , 2020 07:10
Yunanıstanın baş naziri Liviya ilə bağlı qərara veto qoymaqla hədələyib

Dəniz zonalarının ayrılması ilə bağlı Türkiyə və Liviya arasında imzalanan memorandum qüvvədən düşməsə Yunanıstan, Berlində keçiriləcək Liviya sammiti ilə bağlı qəbul ediləcək siyasi qərarlara veto qoyacaq.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu sözləri “Alpha” telekanalına müsahibəsində Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib.

Baş nazir ölkəsinin Liviya nizamlanmasına dair Berlindəki sammitə dəvət edilməməsini müsbət qarşılamayıb.

Onun sözlərinə görə, Yunanıstanın tələbləri nəzərə alınmasa Liviya ilə bağlı siyasi qərara razı olmayacaq.

Baş nazir Avropa Birliyindəki bütün həmkarlarına, Avropa Komissiyasının (AK) sədri və Avropa İttifaqı Şurasının Prezidentinə məktublar göndərdiyini və cümə günü Almaniya kansleri Angela Merkel ilə telefonla danışacağını söyləyib.

Son xəbərlər

Orphus sistemi