Yuxarı

​Yunanıstandakı parlament seçkisində üç türk millət vəkili olacaq

Daxili İşlər Nazirliyinin məlumatına görə, səsvermə qutularının 99%-i açılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Ötən gün Yunanıstanda keçirilən seçkilərdə Qərbi Trakiyadan üç türk parlamentə seçilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, SİRİZA Radikal Sol Koalisiyasının tərkibində Ayhan Qarayusuf, Mustafa Mustafa və Hüseyn Zevbek millət vəkili olacaq.

Məlumata görə, Ayhan Qarayusuf və Hüseyn Zevbek 2012-ci ildə keçirilən seçkidə də həmin partiyadan parlamentə seçilmişdi.

Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, səsvermə qutularının 99%-i açılıb.

SİRİZA səslərin 36,29 %-ni qazanmaqla birinci yerdədir. Sonrakı yerlər belə bölünüb:

Yeni Demokrat Partiyası 27,87%, "Qızıl Şəfəq" Partiyası 6,31 %, "Nehir" ("POTAMİ") Partiyası 6,02%, Yunanıstan Kommunist Partiyası 5,48%, Müstəqil Yunanlar Partiyası 4,72%, Ümumyunan Sosialist Hərəkatı (PASOK) 4,69 %.

SİRİZA parlamentdəki 300 yerdən 149 yerə sahib olmağa yaxındır. Bu koalisiyanın təkbaşına hökumət qurması üçün azı 151 yer lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi