Yuxarı

​Yunanıstanda yeni hökumətin tərkibi açıqlanıb

Nazirlərin əksəriyyəti əvvəlki hökumətdə vəzifə tutan şəxslərdir

Bakı. 23 sentyabr. REPORT.AZ/ Yunanıstan hökumətinin rəsmi nümayəndəsi çərşənbə axşamı Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

"Report" xəbər verir ki, gözlənildiyi kimi maliyyə, xarici işlər və müdafiə kimi əsas nazirlər öz vəzifələrində qalıblar.

Nazirlərin əksəriyyəti Aleksis Siprasın rəhbərlik etdiyi əvvəlki hökumətdə vəzifə tutan şəxslərdir.

Sentyabrın 20-də Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində avqustun 20-də baş nazir vəzifəsindən istefa verən Aleksis Siprasın SİRİZA koalisiyası qalib gəlib. SİRİZA səslərin 35,46%-ni toplayaraq parlamentdə 145 deputat mandatı alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi